Dünyanı necə var, o cür qəbul eləmək əlacsızlıqdır. Dünyada pis mənada yeganələşən, əslində yeknəsəkləşən vahid mədəniyyət formalaşdırırlar – kürəsəlləşmə adı altında. Dünyanın bu halı ilə barışmaq beynəlmiləlçilikdir – yalançı dünya sevgisidir. Burada özünü itirmə var, – yolsuzlaşma, sabahsızlaşma var. Müxtəlifliyin, özünəməxsusluğun yaratdığı insani ahəngi itirmək var.
Posts Tagged ‘Ocaq Yükümlüsü Soylu Atalı’
Soylu Atalı. Rəzalətin yaratdığı hədələr
Yazıçı Rafiq Tağını susdurmaqla molla şüuru köhnəliyi sabaha daşımaq istəyir. Anlamaq olmur ki, bunun mümkünlüyünə o, öz içində inanırmı?! Axı Rafiq Tağı danışan yeganə ziyalı deyil. Orta çağların yasaq üsulunu qorumaqdansa ictimai, siyasi idarəetmədə dəyişikliklər eləmək daha doğru qanacaq olmazmı?! Burada biz İran İslam Respublikasının heç bir çərçivəyə sığmayan davranışlarını nəzərdə tuturuq.
Güney Azərbaycanın tarixi keçmişinə fəlsəfi-ruhani qiymət
Güney Azərbaycanın müstəqillik məsələsinə konseptual baxış I mövzu: Güney Azərbaycanın tarixi keçmişinə fəlsəfi-ruhani qiymət Abil Ulusoy: Günaydın, istəkli yurddaşlarımız! “Türkel Araşdırma Qurumu” növbəti toplantısını keçirir. Bugünkü mövzumuz “Güney Azərbaycanın müstəqillik məsələsinə konseptual baxış”dır. Bunun da birinci hissəsi “Güney Azərbaycanın tarixi keçmişi adlanır. Bu mövzunun içində Güney Azərbaycanın coğrafi sınırlarını da xatırlatmaq yerinə düşər. Hər bir […]