Doğu Hunların metal pulları 1-ci məqalə XX əsrin 90-cı illərində ümumtürk tarix elmində diqqətdən yayınmış bir elmi kəşf oldu. Tatar alimi, Qazan universitetinin professoru, tanınmış türkoloq A.Q. Muhamadiyevin “Turan yazısı” adlı məqaləsi “Tatar xalqının linqoetnotarixi problemləri” dərgisində (Qazan, 1995, səh. 36-83, rusca) dərc edildi. Məqalənin toxunduğu mövzu dar sahəyə aid olsa da onun ümumtürk tarixi […]