Doxsanıncı illər idi. Bakı Dövlət Universitetinin jurnalistika fakültəsinin 1-ci kursunda oxuyurdum. Universitetin yataqxanasında qalırdım. Qonşu otaqdakı qızlar çoxlarından fərqlənirdi. Vaxtlarının çoxunu kitab oxumağa sərf edirdilər. Hətta, mətbəxə gələndə də əllərində ya kitab olardı, ya da qələm. Onların yanına tez-tez tanımadığım çoxlu tələbələr gələrdi. Onlar da otağın yiyələri kimi ətrafdakılardan fərqli idilər. Bunu görünüşlərindən, davranışlarından anlamaq […]