Yuxudan hövlnak ayıldım. Qan-tərə batmışdım. Dilim şişmişdi elə bil. Qalxıb yerimdə oturmaq istəsəm də, soyuq mənə güc gəldi, yorğanımı təzədən başıma çəkdim. Gördüyüm röyanı yenidən xatırlamağa çalışdım. Anamı görmüşdüm yuxumda. İllərdir nəfəsinə həsrət qaldığım anamı. Yuxumda başımı onun zəif dizlərinə qoyub uzanmışdım. Sümüyü boynumu incitsə də narahat olmurdum. İçimi rahatladırdı bu ağrı. Anam titrək barmaqlarını […]