«Beynəlxalqçılıq» anlayışı siyasətin (Avropa siyasətinin) icad elədiyi elə bir niqabdır ki, hər cür oyunbazlıq bu niqabı üzünə çəkib gizlənə bilir. Ümumiyyətlə, «beynəlxalq qüvvə» nə deməkdir, onun rolu nədir? Bu suala həqiqi meyarla cavab vermirlər. Yalnız siyasət cavab verir. Və bütün hallarda aldadır. Təbiidir ki, siyasət öz paxırını açıb özünü ifşa eləməz. Bu sualın həqiqi cavabı […]