Doğal yaşamla toplumsal yaşam arasındakı bağlılığı dərk eləmədən mənəviyyat ölçülərinin sınırlarını bəlirləmək, onunla yaşamaq çətin olur. Mümkünsüz olur da demək yerinə düşər. Bu da, əslində İnsanlığın dərk olunması anlamı daşıyır. Bunu aydınlaşdırmağa çalışaq: “İnsan necə bir varlıqdır” – bu soruya olduqca mürəkkəb, fərqli açılardan cavablar verilib. Bu cavabların içərisində uyumlu, yetərli olanları da var, yanıltmacalar […]