Gürcüstanda hakimiyyət dəyişdi. Hər kəs bunu demokratiyanın yeni mərhələsi hesab edir. Bu, üzdə görünən, təlqin olunandır. Əslində isə balaca dövlətlərdəki dəyişiklik böyük güclərin maraqları həddində baş verir. Qərbin Orta Doğu əməliyyatları göründüyü kimi, ən çox Rusiya tərəfindən əngəllənir. Başqa sözlə, Rusiya bu əməliyyatların gerçəkləşməsində özünün çıxarlarını nəzərə aldırtdırır. Qərb Rusiyaya güzəştə getməyə məcburdur.