Hələ Birinci Dünya Savaşı sonrası, yəni Osmanlının çökməsi ilə Türkiyənin qurulması çağlarında Azərbaycanı Bolşevik Rusiyası işğal etdi. Başqa sözlə, Azərbaycanın işğalından 3 il sonra Türkiyə Cümhuriyyəti quruldu. Bu gün bəzi antitürk ünsürlər iddia edirlər ki, Atatürk Azərbaycanı o çağlar Leninə satdı. Kökündən yalandır, Atatürkə də, türklüyə də böhtandır.