Ürəyinizdə Günəşi olsun! İnsan-Tanrı münasibəti məsələsi (Asif Atanın anlayışı ilə desək, İnsan-Mütləq münasibəti) bəşəriyyəti düşündürən başlıca bir qonu olmuşdur. Bu məsələni din ruhaniyyatı ilə aydınlaşdırmalı olsaq, insan üçün sanki ondan qıraqda, onun ifadə edə bilmədiyi, əlinin çatmadığı, özündə daşımadığı bir həqiqət var, bir ideal var. İnsan həmişə bu idealla üz-üzə qalıb ona ibadət edir, dua […]