Cəmiyyətdə Adamın İnsanlaşmasına inam yoxdur. Çünki cəhalət mühitində insanı dərk eləmək mümkün deyil. Cəhalət bulanıq sel kimidir. Bir yandan axıdılır ictimai həyata və bulanıq mühit yaradılır. Bu mühitdə toplum yuxulu kimi yaşayır. Mənəvi fəlakətlərin səbəbi dərk olunmur, çünki cəhalətə xilas kimi baxılır. İnsan taleyində dini və ideoloji cəhalət birləşib yeni fəlakətlər doğurur.