(Faiq Balabəylinin “Lənətlənmiş həyat” əsərinə yönəlik bir neçə söz) Quruluş, gerilik hər bir xalqın həyatında amansız görsənişlər yaratmışdır. İnsanın insana qarşı davranışlarındakı hər cür dözülməz addımlar, zaman-zaman insan haqqındakı baxışları darmadağın etmişdir. İnsanın insana inamı ortadan qalxmış, birgəyaşayışın tələbləri qarşısında hər kəs, özlüyündə təklənərək, bioloji mövcudluğu uğrunda mübarizə aparmışdır. Bəlkə buna görə insanı özündən qıraqdakı […]