Günaydın dəyərli yurddaşlarımız! Bu il biz, bir millət olaraq, Böyük Nəsiminin anadan olmasının 650 illiyi qarşısındayıq. Düşünürəm, bu çağa kimi Nəsimi bütöv şəkildə araşdırılıb öyrənilməyib. Bundan sonra öyrəniləcəkmi, bilmirəm. Çünkü onun doğru araşdırılıb öyrənilməsinə iki fakt ciddi əngəl olur. Bunlardan biri milli kimlik şüurumuzu çökdürən, yaşamımızda mənəvi boşluq yaradan din faktorudur, ikincisi, insanları kütləyə çevirən, […]