Bugünkü dünyada aparıcı dövlətlər var və onlar tərəfindən tərtib olunmuş taleni yaşayan dövlətlər var. Aparıcılıq uğrunda mübarizə zəif dövlətlərin fəlakətləri üzərində həyata keçirilir. Zəif dövlətlər özlərinin yönünü təyin edə bilmir. Xalq isə öz dövlətindən rahat və firavan yaşamasını təmin etmək umur. Dövlət bu təminatı ödəyə bilməyəndə xalqla onun arasında ziddiyyətlər meydana çıxır.