Türkiyənin cümhuriyyətçilik tarixində söyüş, təhqir siyasəti olmamışdır. Az-çox bu tarixi izləyənlər, araşdıranlar bunu bilirlər. Ərdoğan Türkiyə dövlətinin başına gələndən sonra hər cür söyüş, təhqir, hədə, ayrı-seçkilik birbaşa dövlət siyasətinə çevrilmişdir. (Bunları görməmək üçün qəflətin ən qatı yerində durmalısan). Hər kəsə, hər bir olaya öz çıxarlarından yanaşmaq, tənqidə qarşı kin bəsləmək, nifrət sərgiləmək adi hal olmuşdur. […]