Bu günlərdə tanınmış qələm adamı Xaliq Bahadırın “Abbas Mirzə”adında bir əsərini oxudum. Əslində buna qədər də Xaliq bəyin mətbuatda çıxan yazılarını rastıma düşdükcə oxumuşam. Xaliq bəyin bütün yazılarında həmişə bir xətt görünüb –Vətənin bütövləşməsinə həsrət, milli şüurun gəlişməsinə ümid. Ancaq o, heç vaxt ümidi uydurmayıb. İctimai həyatda, siyasi gedişatda çatışmazlıqları ayıq baxışlarla təhlil edir, doğru […]