Söz Gülləni hədəfə söznən atıram, Sözümü vermirəm heç ələ, qardaş. Söznən oyanıram, söznən yatıram, Söznən oynayıram mən hələ, qardaş. Sözün yaddaşıdı sözün yaşıdı; Ağızdan-ağıza söz qarıyacaq. Dibinə su töksən ağac boy atar Dibinə su töksən söz quruyacaq. Neçə söz çəməni gömgöy, təzətər Çimdinə-çimdinə hey söz yığıram. Yıxıram qorxulu düşməni söznən, Mən öz öyümü də söznən […]