Açunda adı-kimliyi bir belə dartışma doğuran ikinci bir ulus yoxdur. Kimlərsə ondan onu daha da yüksəltmək, olduğuna uyğun dəyərini vermək üçün yazırlar, kimlərsə onun parlaq varlığını danmaq üçün.Adını üstündən götürmək, gerçək kimliyini unutdurmaq üçün Yer üzündə indiyədək nələrə əl atmadılar, nələrə əl atmırlar! Dışdan bizi Türklüyümüzdən daşındırmağa çalışan, bundan ötrü çeşidli qurğular quran yaxın-uzaq imperialist […]