Hamımızın Ata adlandırdığımız bir Ata var. Şair, yazıçı, tənqidçi, filosof, Mütləq İnamlı Mütləq Ata! Zərdüşt nurundan, Babək qüdrətindən, Dədə Qorqud müdrikliyindən, Nəsimi Ənəlhəqliyindən, Füzuli eşqindən, Muğam ehtizazından, Saz ecazından doğulub-yoğrulub bütləşib-mütləqləşib! Zəka, nur təfəkkürlü Atanı Midiya süqutu, Babək qətli, Çaldıran fəlakəti, Türkmənçay dağı, 28 aprel, 20 yanvar faciələri, insanlaşmama uçurumudur göynədən, Qəlbinin nuruna, idrakının qüdrətinə, […]