Türk dili dünyanın ən ulu, ən dolğun dilidir. Dilimiz çox dolğun olsa da, bu dolğunluq özünü istər danışıq, istərsə də yazı dilində çox az göstərir. Bu görsənişin də bir başlıca nədəni var: biz dilimizin söz saxlancına gərəyincə yetik deyilik; başqa cür desək, dilimizi yetərincə öyrənməyə, onun söz saxlancında olanları mənimsəməyə çalışmırıq. Çağlar boyu belə olub. […]