İnsanın özünə münasibəti necədirsə, ətrafına da elə münasibət göstərir. Özünə inanan başqasına da inanır. İçində vətən, millət sevgisi olan başqasında da bunu yaratmağa, qorumağa çalışır. Ömür özü bir örnəkdir, yoldur. Yanımızda böyütdüyümüz övladlarımız insanın bütün keyfiyyətlərini – münasibətlərin qurulmasını, milli düşüncənin sözdə və əməldə ifadəsini ilk olaraq bizlərdə – valideyinlərdə görür.
Posts Tagged ‘Üstün Atalı’
Üstün Atalı. Vətənləşən səfərlərim
Bəşər həyatını davamlı izləsək, görərik ki, insanlar çoxluq etibarilə öz yaşamlarında bir-birindən səthi məsələlərdə fərqlənirlər. Yalnız ayrı-ayrı insanlar səthilikdən çıxır, bənzərsiz ömür yaşamaq səviyyəsinə yetirlər. Bu da onunla bağlıdır ki, ali keyfiyyətlər daşıdığını anlayanda insan öz ömrünü məhz adilikdə məhdudlaşdırmaq istəmir. Bu insani ehtiyacdır.
Üstün Atalı. Duyğularımda çiçəklənən ümidlər
I …Qüdrət – zor vasitəsiylə təsdiq olunmur. Zor qorxunu, mütiliyi, avamlığı aşkarlayır. Soylu Atalı deyir “bu gün insanları birləşdirən Asif Atanın harayını çəkdiyi İnsani keyfiyyətlər deyil, Qorxudur. Qorxu toplumun gerçək yaşamının özülündə dayanır. Hər kəs söz deməyə, söz dinləməyə qorxur.
Üstün Atalı. Heyrətimin Səfəri
İnsan yaradıcıdır. O həyatda özünü təkcə cismani olaraq ifadə etmir, həm də ruhani yaşamla öz ömrünü, yaşadığı mühiti mənalandırır. Mən bir fərd olaraq bu gün necə yaşayıramsa, necə özümü ifadə edirəmsə, mənim mühitim də o səviyyədə olacaq.
Üstün Atalı. Soydaşlarıma soydaşlıq ərki
Ürəyinizdə Ata Günəşi olsun, istəkli yurddaşlarımız. Azərbaycan toplumunun bugünkü halı, qıraqdan yurdumuza olmazın təsirlər, aydınlarımızın bu mühitə dirəniş göstərməməsi bir vətən övladı kimi məni narahat edir. İnsanların içində bu gün hünər deyil, – yaltaqlıq, özünütəsdiq deyil, – mənliyiinkar, ruhanilik deyil, – biolojilik, özümləşmə deyil, – yadlıq hökm sürür.