İnsanlarla milli yöndə, vətənsevərlik mövzusunda söhbət etdikdə bəzən hörmət xatirinə, bəzən milli görünmək xatirinə, bəzən isə vaxtını keçirmək xatirinə sənə qulaq asırlar. Sonda isə öz həyat təcrübələrini ortaya qoyub, ya da maddi maraqlarını qabardıb səni “ayıltmağa” çalışırlar. Hər dəfə də eyni məntiq: “Zamanı, şəraiti dəyişmək bizim gücümüz dışındadır. Özümüzü zamana qarşı qoymaqla nə əldə edəcəyik? […]