Posts Tagged ‘Xaliq Bahadir’

Milli Dəyərlərimiz – Varlığımızın Özülüdür

Yasin Türksoy: Ürəyinizdə Günəş olsun, sayğılı yurddaşlarımız! TAQ-ın (Türkel Araşdırma Qurumu) bu toplantısı milli dəyərlərin qorunması qonusundadır. Yurdumuzun mənəvi, ideoloji durumu zəiflədikcə ulusal (milli) sorunlarımız da çoxalır. Bu proseslərə həm yurddışı, həm də yurdiçi qüvvələr təkan verməkdədir. Milli dəyərlərimizə qarşı aşağılayıcı münasibətlər, yazılar, fikirlər günü-gündən çoxalmaqdadır.

Varlığımızın qarantı – Millət-Vətən-Dövlət birliyi

Soylu Atalı: Ürəyinizdə Günəş olsun, istəkli soydaşlarımız! Biz, Türkel Araşdırma Qurumu adı ilə uzun müddətdir maarifçi söhbətlər aparırıq. Bu söhbətlər demək olar ki, çox geniş xarakterdə qurulur, çox qonuları qapsayır. Ölkənin durumundan başlayıb, onun bütün mənəvi, siyasi hətta sosial sorunlarını belə özündə əks etdirir.

Xaliq Bahadır. Azadlığımızın Azadlığı (Özgürlüyümüzün Özgürlüyü)

Çox-çox illər öncə Azərbaycanda dünyaya yeni bir qəzet gəldi – Azadlıq qəzeti. Gerçəkdən yeni  qəzet – yeni gerçəkliyin yeni qəzeti. İlkin yaranış cücərtilərindən indiyədək bu qəzetə bağlı kimsə olaraq Azadlıq adına bildiyim çox nəsnələr var. İndi onlardan danışmyacam; onlar tarix üçün, gələcək soylarımız üçün detallarınadak yazılıb qalmalıdır. Yazarıq. İndilikdə bir neçə qaranlıq epizoda ötəri aydınlıq […]

XALİQ BAHADIR. AZƏRBAYCAN – ƏLİYEVLƏRİN AİLƏ BİZNESİ

1848-ci ildə yayılmış “Komunist Partiyasının Manifesti”ndə belə yer vardı: “Bu gün Avropada bir kabus – kommunizm kabusu dolaşmaqdadır”. Bu gün Azərbaycanda bütünlüklə başqa bir kabus – biznes kabusu dolaşmaqdadır. Bu, Əliyevlər ailəsinin bütün Azərbaycanı sarmış Ailə biznesidir. Ayrıca olaraq MTN, polis, bütövlükdə, məhkəmə-hüquq sistemi başda olmaqla, bütün dövlət qurumları tapşırığa uyğun olaraq bu biznesi qorumağa […]

Xaliq Bahadır. 6 milyard 390 milyon dollarlıq borcun nağılı

Biri var imiş, biri yox imiş, Tanrının yeraltı-yerüstü var-yatırla dopdolu yaratdığı bir ölkə var imış. Bu ölkədə bir də olduqca oğru hakimiyyət var imiş. Bu oğru hakimiyyət bu yeraltı-yerüstü var-yatır baxımından dopdolu ölkənin var-yatırından gələn pulları oğurlayıb dış banklara doldurduğundan… dövlətin başqa dövlətlərə, başqa banklara 6 milyard 390 milyon dollar borcu yaranmış imiş.

Xaliq Bahadır. Mənim kəndim – Azərbaycan kəndi

Ölkəmizə güz (farsca – payız) gəlib, mən də kəndimizə gəlmişəm. Çoxdandı gəlmirdim. Gəlməli deyil, görməli deyil, sevinib-gülməli deyil. Gəlməlisi, görməlisi sonucda ağlamalıdır. 21 illik əliyevçi rejim kəndlərimizi ağlamalı günə qoyub. İndi kəndlərimizdə fəsil dəyişikliyindən çox nəsil (soy) dəyişikliyi baş verir. Adamlar yapraq kimi tökülüb gedir. Susuzluğun tökdüyü yapraq kimi!

Xaliq Bahadır. Azərbaycan uğrunda böyük savaş dönəmi

Azərbaycan uğrunda böyük savaş dönəmini yaşamaqdayıq. Getdikcə qızışmaqda olan bu savaş içdə də gedir, dış da da. Dışda gedən savaş daha çox GEOPOLİTİK xarakterli savaşdır. Geopolitika, bəlli olduğu kimi, böyük güclərin resurslar üzərində gözətim – kontrol uğrunda apardıqları çarpışma-qarşıdurmadır. Burası bəlli. İç savaşa gəlincə, geopolitik faktorla yanaşı, burada bir də Özgürlük-Demokratiya uğrunda aparılan savaş önə […]

Xaliq Bahadir. Sərdar Cəlaloğlunun yeni tarix yaradıcılığı

Çağdaş dünyada tarix siyasəti ayrıca aktuallıq qazanıb. Bu gün, ermənilər başda olmaqla, gerçək tarixi olmayan bir sıra toplumlar özlərinə onları birəşdirib gələcəyə aparmağa yönəlik uydurma tarix düzəldirlər. Bir daha demək gərəkir: çağdaş dünyada geniş yayılmış bu görsənişin adı tarix siyasətidir. Bir çox toplumlar  çox düzgün olaraq tarixə yalnız keçmişə bağlı, keçmişdə qalmış olaylar yığını olaraq […]

Xaliq Bahadır. Əkdiyini biçən Rusiya

 Ukraynada qanlı savaş gedir. Yeni Ukrayna hökuməti ölkəni kəsinliklə separatçılardan arıtmaqdadır. Separatçılardan! Bugünlər Rusiyada ən çox acıq doğuran bir söz varsa, o da Ukrayna ilə bağlı işlədilən “separatizm”, “separatçılar” sözləridir. Bəlli olduğu kimi, bu sözlər Ukraynada yaşayan, Ukraynanı bölməyə çalışan ruslarla bağlı işlədilir. İndi Rusiyada bu sözü sevmirlər. Ancaq qabaqlar çox sevərdilər. Qabaqlar – Çeçenstandakı […]

Xaliq Bahadır. Azərbaycan – korrupsioner bürokratiya qalası

AŞ PA-da çıxış edən İ.Əliyev “Azərbaycanın əsas prioritetlərindən birinin də korrupsiya ilə mübarizə” olduğunu bildirib. “Azərbaycan bu sahədə unikal bir təcrübəyə malikdir”, – deyən İ.Əliyev  gerçəyi ortaya qoyub. Doğrudan da, Əliyevlər Azərbaycanında korrupsiya ilə “mübarizənin” çox “unikal” praktikası var: korrupsiyanın başında dövlətin başında duranlar durur, ancaq…

Powered by WordPress | Designed by: best suv | Thanks to trucks, infiniti suv and toyota suv