Alternativsizlik. O necə yaranır? Azərbaycanda geniş alternativsizlik görsənişləri yaşanmaqdadır: hakimiyətdə də, müxalifətdə də. Bu isə genəldə ideya-politik, ideya-sosial qısırlıq doğuran görsənişlər toplusu deməkdir. Hakimiyətdən başlayaq. Otuz ildən artıqdır ölkədə Yeni Azərbaycan yapay adı altında çağı çoxdan keçmiş yönətimə bağlı bir partiya hakimiyətdədir. Bu, gerçəkdə bir ailə partiyasıdır. Başqa sözlə, bəlli bir ailənin istəncinə (iradəsinə), istəyinə […]