Düşdü bütün nöyütlər hörmətdən, ay can! Ay can!.. Xalqın canı qurtardı töhmətdən, ay can! Ay can!.. Pul gətirən nəsnəydi nöyüt xalqın gözündə, Yüz dövlət gücü vardı bircə nöyüt sözündə, Bel bağlayıb nöyütə qaldıq çölün düzündə, Əlləşmədən qutardıq zəhmətdən, ay can! Ay can!.. Düşdü bütün nöyütlər qiymətdən, ay can! Ay can!..