Evimizin yaxınlığındakı kitab mağazasına getmişdim. Kitablara baxırdım. Qarşıma belə kitab çıxdı: “Şüuraltının gücü”. Çoxdankı alışqanlığımla düşündüm: “Türkcəmizdə belə olmalıdır: “Bilincaltının gücü”. Bu, məndə açun dillərinin ən gözəli, ən dolğunu, ən yetkini olan gözəlim Türk dilinə sonsuz sevgidən qaynaqlanan alışqanlıqdır: tək kitab mağazalarında deyil, şəhəri gəzəndə də gördüyüm yad sözləri dilimizə çevirir, sonra da dilimizin özümlü […]