Ürəyimdə sevinc, qəm, Muğamı dinləyirəm,-Əli Kərim. Bu, muğamın iki görsənişi, iki özüdür: sevinc, qəm.Bir az obrazlı desək, bu, Çahargahla Segahdır. Muğam Böyük, Bütöv Azərbaycan deməkdir. Muğam bizim musiqiyə çevrilmiş duyğu, düşüncə varlığımızdır. Böyük, yetkin bir ulus olaraq biz nələrə görəsə özümüzü bəyənməyə bilərik.Belədə muğamı dinləməyimiz gərəkir- onu biz yaratmışıq.