Şəkiyə getmək söhbəti ortaya çıxandan hamımıza tanış mahnının başlıca, vurğusal sözlərini anmağa başlamışdım. Özümdən asılı olmadan. İstər-istəməz yaddaş öz işini görmüşdü: assosiativ duyum, assosiativ anım yaratmaqda idi. Bunun nə olduğunu, necə ortaya çıxdığını anlamaq da, anlatmaq da mənlik deyil; ola bilsin, bu bir psixoanlaitik işi-bacarığıdır. Ancaq burası məndən ötrü də çox ilgincdir: necə olur getmək […]