Şəkidən Bakıya avtobusla qayıtdıq. Belə bilsəydik, Şəkiyə elə avtobusla gedərdik; avtobus birayaq-birayaq, taqqatukla yol gedən qatar kimi yorucu-bezdirici deyildi. Gəldiyimiz “Hunday” markalı avtovus “Xan sarayı” şirkətinindir. Dediklərinə görə, şirkət 9 belə avtobus alıb. Hər baxımdan (qiymət baxımından da) olduqca yaxşı, əlverişli avtobusdur. Şirkət yolun yarılandığı yerdə – Kürdəmirdə yolçularına ayrıca qulluq üçün restoran da tikib. […]