Dilimizi öyrənək, dilimizə yiyələnək, dilimizə güvənək, dilimizlə öyünək! Böyük Mirzə Cəlil yüz il öncə ölkəmizin çoxsaylı əyər-əskikləri ilə bağlı ürəkağrısıyla deyirdi: “Ha yazırıq, düzəlmir”. İndi, yüz il sonra da, biz belə deməli oluruq: ha yazırıq, düzəlmir. Düzəlməyəcək də: ta özümüzə, özümlüyümüzə üstünlük qazandıranadək, öz ağalığımız (hökumətimiz-hakimiyətimiz), öz dövlətimiz olanadək.