AXC hakimiyətində yüksək yer tutan bir çoxları sonrakı davranışları ilə o yeri boşuna tutduqlarını göstərdilər. Onların bir çoxu siyasətdən biryolluq getdi (onları anlamaq olar), neçəsi başlanğıcdan, neçələri də sonradan əliyevçi hakimiyətlə bağrıbadaş oldu. Bir paraları AXC hakimiyətinin başında duranlar olaraq müxalifət liderliyinə yiyələnsələr də, gerçəkdə müxalifətdən çox hakimiyətə qulluq etdilər, edirlər.