Uzun, uzun bir yolu keçib getdik, arxadaş, Bu açunu su kimi içib getdik, arxadaş. Yanğı içində qaldıq… yolumuz bitər oldu, Biz yetəməz olana özgələr yetər oldu. Ölkəmizi sevməyi çoxlarına öyrətdik, Biz gerçəyi bitirdik, biz düzgünlük ürətdik. Bacardıq-bacarmadıq, nələr oldu-olmadı, Bir yol tutduq sonadək: Özgürlük idi adı! Bir yol tutduq sonadək – bizi o yol yaxınlaşdırmış, […]