Ağlasığmaz görsəniş baş verməkdədir: neftin qiyməti son illər qalxıb yüksəldiyi dağ başından üzüaşağı yumbalana-yumbalana gedir. Kimsə onun haralarda dayanacağını bilmir. Bilirsə də (bilməmiş deyi), bunu dünyanı yönətən superdövlət bilir. Bunu da bilənlər bilir: neftin dünya bazarındakı qiyməti çoxdan bir sıra siyasi çıxarlara uyğun olaraq yönətilən qiymətlərdəndir. Dövlət, dövlətçilik düşüncəsindən çox-çox uzaq ikən, zəlzələdənmi, vəlvələdənmi gəlib […]