Mənə tez-tez zəng vuranlardan biri, bəlkə də, birincisi Yaşar Türkazərdir. Zəng vurur, səsimi eşitmək istədiyini bildirir, sonra da danışır, danışır, danışır… Ən çox da o mənə dillə bağlı tapıntılarından, fonetik araşdırmalarından danışır. Yaşar bəy dilimizin qanunlarını yaxşı bilir, ən çox da fonetikanı. Boynuma alıram, fonetikanı o məndən yaxşı bilir; bircə elə buna görə Yaşar bəyə […]