Posts Tagged ‘Xaliq Bahadir’

Xaliq Bahadır. Üzü keçmişə Türkiyə

Türkiyə prezident seçkisi qarşısındadır. Ərdoğan kimi bir güc qarşısında bələdiyyə seçkisinə birləşmiş güclə getməməklə uduzan Türkiyə müxalifətinin prezident seçkisini birləşmiş güclə uduzacağını proqnozlaşdırmaq olar. Bələdiyyə seçkisindəki uğursuzluğu mən müxalifətin birləşməməyində görmüşdüm. Müxalifət birləşsəydi, seçkini uda bilərdi, demişdim.

Xaliq Bahadır. Milli dirilik faktoru

Bugünlərdə tanınmış sütunçu (köşə yazarı) dostlarla görüşümüz oldu. Yığışmışdıq. Geniş oxucu auditoriyası ilə seçilən dostlardan biri nədən, nələrdən etkilənmişdisə çox danışdı. Danışdıqlarının da SÜTUNU bu idi: bizi bu günə qoyan, bütün millətlərdən geri salan adət-ənənələrimiz (bizim dildə: gələnək-görənəklərimiz), millətçilik, bir də ideologiya oldu; qabağa getmək istəyən millət adət-ənənədən, millətçilikdən, ideologiyadan uzaq olmalıdır.

Xaliq Bahadır. Bizim türmə – konslager (II)

              II Penitensiar Xidmətdən bildirildiyinə görə, 12 saylı Cəzaçəkmə müəssisəsinin bir qrup dustağı adından yayılanlar – dustaqlara işgəncə verilməsi, çoxsaylı qanunsuzluq faktları – “əsassızdır”. Adına “Xidmət” deyilən, bildirildiyinə görə, araşdırma aparıb: ”Məlum oldu ki”… Sizcə, nə “məlum” ola bilərdi? “Müraciəti” imzalayanların “yoxluğu”. Sən demə, 12-ci kalonda bu adda kimsə […]

Xaliq Bahadır. Əliyevlərin sonuncu bazarlığı – Suverenlik

Dönə-dönə yazmışıq, bir daha yazaq: onlar Qarabağ, Neft-Qaz bazarlığı üzərində hakimiyyətə gəldilər, bu bazarlığa bağlanaraq 22 il hakimiyyətdə qaldılar, bütün seçkiləri bu bazarlıq bazasında qazandılar. Qazandılar, qazandırdılar. Ölkəni, Xalqı soyub-yağmalamaqla milyardlar qazandılar, eləcə də bu axarda yaxın-uzaq güclərə milyardlar qazandırdılar. Özlərinin tez-tez dedikləri kimi, “uğurlu neft-qaz strategiyası”, geniş işğalçılıq, dərin düşmənçilik siyasəti ilə!

Xaliq Bahadır. Dirəniş düyünü

Belə bir deyim var: Ən çürük ağac da itələmədən yıxılmır. Əliyevçi rejimin siyasi-ideoloji, eləcə də sosial-ekonomik baxımdan çürük rejim olduğunu Azərbaycanın ən ucqarlarında da bilməyən çox az adam tapılar. İndi hamı bu rejimin çürüklüyündən –yararsızlığından danışır. Demək olar, hamı. Rejimin planlı repressiv siyasətləri üzündən bunu yazanların sayı azalıb.

Xaliq Bahadır. Azərbaycandakı düşkünlük faktoru

                           I Azərbaycanı düşkünlük bürüyüb. Ölkə düşkünlük virusuna yoluxub. Ölkəmiz, ulusumuz sosial-siyasi, mənəvi-psixoloji bataqlıq içində, rejim-oliqarxiya göydələnləri o bataqlıq-qəbiristanlığın başdaşısı yerindədir. Bugünlərdə türkçülük adına keçirilən bir yığıncağa mən də qatılmışdım.

Xaliq Bahadır. Dövlətsə də, qanunsa da artıq yetər olsun!

Tofiq Fikrətin sözüdür: Dövlətsə də, qanunsa da artıq yetər olsun; Artıq yetər olsun bu qədər zülmü-cəhalət… Burada əliyevçi təhsil sistemindən çıxan yurddaşlarımızın çətin anlaya biləcəyi (çox ola bilsin, anlamaqdan uzaq olacaqları) bir yer var: Artıq yetər olsun bu qədər zülmü-cəhalət.

BÜTÖVLÜYƏ DOĞRU İDEOLOJİ KONUŞMA

Güney Azərbaycan fəallarının nümayəndəsi Hüseyn Türkelli, ideoloji mübarizənin tanınmış siması Xaliq Bahadır və Mütləqə İnam Ocağının Yükümlüsü Soylu Atalı milli mübarizə konusunda bir arada. Hüseyn Türkelli: “…Bilirsiniz ki, hal-hazırda təkqütblü sistem var dünyada. Təkqütblü sistemin mənfi tərəflərindən biri odur ki, kiçik millətlərin manevr imkanları olmur. Amma milli iradə açısından danışsaq, Güney Azərbaycanda milli iradə bizim […]

Xaliq Bahadır. Riçard Morninqstar – radikal müxalifət, başqa cür desək, persona non – qrata

ABŞ-ın Azərbaycandakı baş diplomatı R.Morninqstara qarşı indiyədək çox yazı yazmışam. O yazıların biri də çap üzü görməyib – Morniqstarı  ABŞ adlı superdövlətin Bakıdakı baş diplomatı olaraq kəskin qınağa tutduğum üçün. Əliyevçi rejimlə bağlı baxışlarını demokratik dəyərlər baxımından dəyərli saymadığımdan onu kəskin qınamışam.

Xaliq Bahadır. Bizim geopolitika sorunlarımız

Fransa prezidenti Olland Azərbaycana gəldi, qayıtdı. Nəsə dəyişmədi, dəyişməyəcək – biz özümüz dəyişməsək. Uzun illərdir biz Batıdan bir çox  gözləntilərdə bulunuruq – gözləntilərimiz doğrulmur. Buna görə ən azı öz aramızda Batını qınayırıq. Ancaq ən şox qınanmalı özümüzük.

Powered by WordPress | Designed by: best suv | Thanks to trucks, infiniti suv and toyota suv