Nizamülmülkün «Siyasətnamə» əsəri Orta çağda, Böyük Səlcuqlar dönəmində (1038-1308), Doğuda siyasətlə siyasi ilişkilərdən, dövlətçilik ilkələrindən yazılmış ən yaxşı nəzəri-təcrübi anıtlardandır. Onu Platonun «Dövlət», «Qanunlar», «Siyasətçi», Aristotelin «Siyasət» əsərlərilə tutuşdurmaq olar. «Siyasətnamə» daha təcrübi özəlliklidir. Tarix boyu öyrənilən köklü elmi-siyasi konular siyasət, siyasi ilişkilər, siyasi ilkələr, dövlət yönətimi, ədalət, ədalətli ölkə, ədalətli şah, şahın hökuməti – […]