Fizioloqlar canlıların qıcığa cavabını birinci reaksiya sayırlar. Canlılar anadangəlmə bacarıqları ilə yaşam savaşını sürdürür, varlıqlarını qoruyurlar. Bu doğal bacarıq insanlarda bioloji çevrədən çıxıb sosial-politik, kültürəl anlam qazanır. Kültür latınca kultura sözündən alınıb «becərilmə», «bəslənmə», «yetişdirilmə» deməkdir. Alınma sözlərin Türk dilinə uyğunlaşdırılması, onların qalın səslə bitmələrinin elə də düzgün olmaması ilkəsinə uysaq kultura yox, kültür […]