Rus-erməni-sovet-mason bolşefaşizmi illərində universitetlərdə öyrəncilərə dövlətin bir sinfin başqa sinif üzərində zor-güc aləti olduğu öyrədilirdi. Dövlətin başqa anlayışını bilməzdik. Son 25 ildə Sovet baxışının dövlətin doğal içdənliyinə tərs barbarlıq olduğunu öyrəndik. Dövlət – insanların ilişkilərini yasalarla düzənləyib, toplumda birlik yaradan, ulusu qoruyan, yaşadan ən üstün qurum, hüquq olayı, politik fenomendir.