Ulusal ideoloq Məhəmməd Əmin Rəsulzadə demişdir: «1915-ci ildə yaradılan «Açıq söz» qəzeti o çağadək Qafqaz müsəlmanı, Tatarı deyilən xalqın Türk olduğunu açıq, dönmədən ortaya qoymuş, bu yolda hərbi senzorla çarpışmalı olmuşdur» (Məhəmməd Əmin Rəsulzadə «Qafqaz Türkləri». B.,2012, 48-ci s. İşləyib, çap edəni Yadigar Türkel). Rusiya İmperiyasında Azərbaycan Türklərinə, eləcə də başqa müsəlmanlara dördüncü çeşid […]