Sov.İKP MK-nın 1985-ci il aprel plenumundan sonra Azərbaycanda milli oyanış prosesləri gücləndi. Azərbaycan ziyalılarının açıq-gizli milli kimlik savaşında Məmməd Əmin Rəsulzadələrin xalqın icinə atdıqları «milli fikir toxumları»ndan yeni bir Azərbaycan bitməyə başlayırdı. Milli fikir toxumları səpildi, İslatdı torpağı axan qızıl qan. Bu əkindən sabahkı bir baharda Əlbət bitər bir yeni Azərbaycan.