Azərbaycanın siyasi partiyalarının ideoloji baxışları mürəkkəbdir. «Milli azadlıq hərəkatı»nın 80-ci illər dövrünün ilk ictimai-siyasi təşkilatı olan AXC ideoloji baxışlarında Azərbaycan Xalq Cümhuriyyətinin ideyalarını dirçəltməyə çalışır, onun türkləşmək, islamlaşmaq, müasirləşmək ideyasına əsaslanan milli özünütəsdiq-azərbaycançılıq yolu ilə gedirdi. XX yüzilliyin başlanğıcında demokratik prinsiplərin qoyuluşu və çözümünə görə Avropa dövlətlərinə də örnək ola biləcək Azərbaycan Xalq Cümhuriyyətində «millətçilik, […]